Paşinyanla şəkil çəkdirən blogerin arvadı İrəvanda öldü: meyit hamamda tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvanda meyiti aşkarlanan, ilkin versiyaya görə, intihar edən qadının bloger Aleksey Romanovun həyat yoldaşı Yana Nikolaevna Zelenskaya olduğu bildirilir. Erməni mediası xəbər verir ki, onun meyiti hamamda tapılıb.
Qeyd olunur ki, qadının əri Aleksey Romanov Xabarovskdan olan keçmiş aparıcı və jurnalistdir. 2016-cı ildə ailəsi ilə birlikdə Rusiyanı tərk etməyə məcbur olub və Gürcüstanda məskunlaşıb. Blogerin fikrincə, buna səbəb hakimiyyət tərəfindən təzyiqlər olub. Lakin 2019-cu ildə Romanov Rusiyaya qayıdıb.
Aleksey Romanov Rusiyaya qayıtmazdan əvvəl Ermənistanda da olub. Xüsusilə o, 2018-ci ilin aprelində – məxməri inqilab günlərində İrəvanda olub. Bloger inqilabi nümayişlərin videolarını bloqunda yerləşdirib.
Romanov hətta Ermənistanın Baş naziri Nikol Paşinyanla da şəkil çəkdirib və bu şəkli dərc olunub. Üstəlik, Rusiyada həbs olunanda üzərində “Duxov” yazısı olan köynək olub.
Erməni mediası bildirib ki, Ermənistan Daxili İşlər Nazirliyi Polisinin Əməliyyat İdarəetmə Mərkəzinə təcili yardımdan zəng olub ki, çağırışla gələn həkimlər briqadası mənzillərdən birinə gedib. Tpaqriçneri küçəsində yerləşən binada qadın meyiti tapılıb. Bu faktla bağlı cinayət işi başlanıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
