Pleyeri seçin:
Peskov AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı açıqlamadan imtina etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kremlin sözçüsü Dmitri Peskov Qazaxıstan Nəqliyyat Nazirliyinin Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya düşməsi ilə bağlı açıqladığı ilkin hesabatı şərh etməkdən imtina edib.
“Bu, ilkin hesabatdır. Əlbəttə, bizim aidiyyəti orqanlarımız bunu böyük diqqət və lazımi səylə öyrənəcək. Rusiya Prezident Administrasiyasının bu mövzuya münasibət bildirməsi düzgün deyil. Biz bunu uyğun hesab etmirik”, – deyə D.Peskov bildirib.
Xatırladaq ki, sözügedən təyyarə qəzası 2024-cü il dekabr 25-də Aktau şəhəri yaxınlığında baş verib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i, o cümlədən hər iki pilot və bir stüardessa həyatını itirib.
Kopyalandı
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
