Pleyeri seçin:

Petrosyanın terrorçular qarşısında çıxışı erməniləri ifşa etdi

05 yanvar 2025 179 baxış

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə Qarabağda qətliamlar törədən və mülki azərbaycanlılara qarşı amansız davranan “Yerkrapa” terrorçu qruplaşması qarşısında etdiyi çıxışı önəmli faktları ortaya çıxarıb.

Eks-prezidentin səsləndirdiyi fikirlər ermənilərin milli strategiyası və hədəflərini anlamaq, onların hansı amallar uğrunda yaşamasını başa düşmək üçün yol xəritəsidir.

Petrosyan cinayətkar dəstəyə “qardaşlarım” deyə səslənir, 1988-ci ildən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini etiraf edir.

Bildirir ki, biz 1600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik – bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik.

Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının yaşadığını xatırladır. Qeyd edir ki, əgər onlar Ermənistanda qalsaydı, bizim dövlətimiz olmayacaqdı:

“Biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər. Bu, Basarkeçər, Zəngibasar və Amasyadır. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik – milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi”.

Ermənistanın keçmiş rəhbəri bildirir ki, Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etməsi “böyük Ermənistan”ın qurulması üçün təhdid idi. O, terror dəstəsinə təriflər yağdırır və “Ermənistan sizin sayənizdə təmizləndi” deyir.

Petrosyan ikinci uğur kimi Azərbaycandan 500 min erməninin köçürülməsini göstərir. O bildirir ki, əgər onlar Azərbaycanda qalsaydı, Ermənistana təzyiq vasitəsinə çevriləcəkdilər.

Hayların birinci prezidentinin bu etirafları faşizmin, terrorizmin və terrorçuların maliyələşdirilməsinin bu dövlətin siyasətinin özəyini təşkil etdiyini bir daha sübuta yetirir.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 179 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 179 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 179 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 179 baxış
Seçilmişlər
icon