Pilotların peşəkarlığı olmasaydı, qəzada sağ qalan olmazdı | İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.
“Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Mənim Sərəncamımla ekipaj üzvləri ilə vida mərasimindən sonra ekipajın üç üzvü – iki pilot və bir bələdçi “Milli Qəhrəman” adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Bildiyiniz kimi, Dövlət Komissiyası yaradılıb və fəaliyyət göstərir. Eyni zamanda mənim göstərişimlə Azərbaycan Prokurorluğu cinayət işi açıb. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir.
Bu barədə ilkin məlumat bizdə artıq dekabrın 29-da var idi və Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyim müsahibədə mən həm öz fikirlərimi, eyni zamanda istintaqın bizə verdiyi məlumatı Azərbaycan xalqına çatdırmışdım. Bildirmişdim ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
