Politoloqdan açıqlama | Ermənistanın silahlanması toqquşmaya səbəb ola bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan yaxın bir neçə ay ərzində Ermənistana “Akaş” zenit-raket komplekslərinin tədarükünə başlayacaq.
İrəvan bu silahlara görə Hindistana 600 milyon dollar ödəyib.
“Akaş” uzaqmənzilli raket kompleksidir və eyni vaxtda bir neçə hədəfi, hətta 4-25 km məsafədə pilotsuz uçuş aparatlarını da məhv edə bilir. Ermənistan Hindistandan bu silahdan artıq ikisini alıb və daha ikisi üçün sifariş verib.
Digər tərəfdən Ermənistanın “Mülki müqavilə” partiyasından olan deputat Armen Xaçatryanın dekabrın 20-də jurnalistlərə verdiyi açıqlamada ölkəsinin silahlanması ilə bağlı dediyi fikirlər diqqət çəkir.
Onun sözlərinə görə, silahlar Ermənistanla Azərbaycanın hərbi üstünlüyü balanslaşdırılsın deyə əldə edilir. Heç kəsə sirr deyil ki, Ermənistanda hələ də Qarabağla bağlı revanşist xülyalara qapılan separatçı zehniyyət mövcuddur.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistanın silahlanması toqquşmaya səbəb ola bilər:
“Azərbaycanın mövqeyini İlham Əliyev bildirdi ki, biz Ermənistanın silahlanmasına seyirci qalmayacağıq. Bu silah və raketlər Azərbaycana təhlükə yaradarsa, biz qabaqlayıcı addımlar atacağıq. Bunun nə demək olduğunu yəqin ki, Ermənistan hakimiyyəti anlayır. Bu, növbəti gərginliyə, hətta toqquşmaya gətirib çıxara bilər”.
İndi Ermənistanın bir çıxış yolu var. Azərbaycanla birbaşa sülh danışıqlarında iştirak etmək və sülh sazişinin imzalanması. Əks halda bölgədə gərginlik hələ uzun müddət davam edəcək. Rəsmi Bakının isə gərginliyə səssiz qalmayacağı birmənalıdır.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
