Pleyeri seçin:
Prezident ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Dövlət başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirib. Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
- Azərbaycan Prezidentindən Türkiyə liderinə 29 Oktyabr təbriki - Baku TV
