Prezident Azərbaycanın Tramp administrasiyasından gözləntisini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlandı. Prezident Donald Trampın ABŞ-yə rəhbərlik etdiyi zaman isə bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi”.
Bu sözləri Prezident İlham Əliyev Davosda Çinin “China Global Television Network” telekanalına müsahibəsində deyib.
O bildirib ki, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.
Dövlət başçısı qeyd edib ki, Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və narahatlıq var:
“Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiklərini, budəfəki prezident seçkilərində kimi dəstəklədiklərini bilirik. Sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o istefa versin. Bu yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar. İndi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
