Siyasət
Pleyeri seçin:

Prezident Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış oldu

04 noyabr 2024

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma burada yaradılan şərait barədə ətraflı məruzə edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı ərazisində istifadə ediləcək yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün nəzərdə tutulan elektrikli minimobillər, Sammit zamanı yüksəksəviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün istifadə olunacaq qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələrinə baxıblar.

Dövlət başçısı və birinci xanım COP29-un rəsmi Mavi Zonasında açılış mərasimində Milli bəyanatların səsləndiriləcəyi “Nizami” Plenar İclas zalı, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti üçün hazırlanan məkanlar, eləcə də rəsmi danışıqların aparılacağı sahələrdə təşkil edilən çoxfunksiyalı müxtəlif görüş otaqları ilə tanış olublar.

Qeyd edilib ki, burada Azərbaycanın mədəniyyəti və təbiətini təbliğ edən müxtəlif ekspozisiya və sərgilər var. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına yaxın günlərdə təhvil veriləcək Mavi Zonada hazırda COP29 çərçivəsində pre-sessiya görüşləri keçirilir.

Dövlət başçısı və birinci xanım akkreditasiya və qeydiyyat prosesləri ilə tanış olublar. Bu günədək konfransda qeydiyyatdan keçmiş nümayəndə heyətləri ilə bağlı ətraflı məlumat verilib, tədbirə böyük marağın olduğu bildirilib.

Digər ölkələrin və tərəflərin pavilyonlarının yerləşdiyi zonaya baxan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Azərbaycan və digər ölkə pavilyonlarının tikinti prosesləri ilə tanış olub, müxtəlif maraqlı tərəflərin iştirakı ilə geniş iştirakçı auditoriyası, eləcə də ictimaiyyət üçün açıq platforma rolunu oynayacaq Yaşıl Zonada olub, Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olan Həmrəylik Mərkəzi, həmçinin digər tərəfdaşların və ölkələrin sərgi stendlərinə baxıblar. Yaşıl Zonanın ümumi konsepti, bu zonada keçiriləcək yüksəksəviyyəli konfrans və tədbirlər barədə ətraflı məlumat verilib.

Kopyalandı
AB-ni Azərbaycandan asılı edəcək daha bir meqalayihə hazırlanır | Qara dənizin dibindən nə keçəcək?

AB-ni Azərbaycandan asılı edəcək daha bir meqalayihə hazırlanır | Qara dənizin dibindən nə keçəcək?

Siyasət
04 noyabr 2024
Separatçıların azad edilməsi ilə ekologiyanın əlaqəsi nədir? | BAKU ANALİTİK

Separatçıların azad edilməsi ilə ekologiyanın əlaqəsi nədir? | BAKU ANALİTİK

Siyasət
04 noyabr 2024
Min səhifəlik ermənicə-azərbaycanca lüğət kitabı hazırlanıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Min səhifəlik ermənicə-azərbaycanca lüğət kitabı hazırlanıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
04 noyabr 2024
Gürcüstanın parlament sədri Bakıda keçiriləcək COP29-un önəmindən danışdı

Gürcüstanın parlament sədri Bakıda keçiriləcək COP29-un önəmindən danışdı

Siyasət
04 noyabr 2024
İlham Əliyevə COP29-la bağlı yaradılan şərait barədə məlumat verildi

İlham Əliyevə COP29-la bağlı yaradılan şərait barədə məlumat verildi

Siyasət
04 noyabr 2024
Vizanı pulsuz necə əldə etmək olar? | COP29-la bağlı mühüm yenilik

Vizanı pulsuz necə əldə etmək olar? | COP29-la bağlı mühüm yenilik

Siyasət
04 noyabr 2024
Simonyan elan etdi | Sərhədlərin delimitasiyası ilə bağlı yekun qərar verildi?

Simonyan elan etdi | Sərhədlərin delimitasiyası ilə bağlı yekun qərar verildi?

Siyasət
04 noyabr 2024
MSK-nın sədr müavinindən bələdiyyə seçkiləri ilə bağlı açıqlama

MSK-nın sədr müavinindən bələdiyyə seçkiləri ilə bağlı açıqlama

Siyasət
04 noyabr 2024
Rusiya-Qərb gərginliyi artır | "İkinci Ukrayna” ssenarisi reallaşa bilər?

Rusiya-Qərb gərginliyi artır | "İkinci Ukrayna” ssenarisi reallaşa bilər?

Siyasət
04 noyabr 2024
İlk dəfədir ki... | Danimarkada yaşayan azərbaycanlılarla görüşdə nələrdən danışıldı?

İlk dəfədir ki... | Danimarkada yaşayan azərbaycanlılarla görüşdə nələrdən danışıldı?

Siyasət
04 noyabr 2024
Seçilmişlər
icon