Prezident Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.
Səhiyyə naziri Teymur Musayev dövlət başçısına və birinci xanıma görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib.
Qeyd edək ki, bu xəstəxana binasının təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək.
Bundan başqa, poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq.
Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların inşası davam etdirilir.
#İlham Əliyev teqi istifadə olunub
- Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub
- Prezident İlham Əliyev Şükürbəyli kəndində məktəb binasının açılışında iştirak edib
- Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub - Baku TV
- Prezident İlham Əliyev və birinci xanım Şükürbəylidə fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar
- Prezident və birinci xanım Cəbrayılda xəstəxananın tikintisi ilə tanış olublar - Baku TV
