Prezident: Ermənistan elə bir ölkəyə çevrilir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
“Mənim üçün prezident olaraq hər zaman, hətta işğal dövründə də vacib olub ki, Azərbaycan rəqabət meydanına çevrilməməlidir.
Bu, bizim üçün və istənilən ölkə üçün ən pis ssenaridir”. Bunu Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Bu ssenarinin Ermənistanda baş verdiyini vurğulayan dövlət başçısı qeyd edib: “Ermənistan elə bir ölkəyə çevrilir ki, orada ciddi rəqabət gedir və bu, ciddi problemlər yarada bilər. Təkcə Rusiya və Amerika deyil, digər ölkələr də bu prosesə fəal surətdə qoşulurlar”.
İlham Əliyev onu da bildirib ki, Ermənistan hökumətinin hazırda aydın xarici siyasət strategiyası yoxdur: “İkinci Qarabağ müharibəsinə qədər müəyyən strategiyaları var idi. Bu gün isə yoxdur və bu da onlar üçün ciddi nəticələr yaradacaq”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
