Prezident Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi qeyd olunub, Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi vurğulanıb.
İlham Əliyev Türkiyə hərbi sənaye kompleksinin məhsullarının keyfiyyət və səmərəliliyinə görə artıq dünya səviyyəsində məhşurlaşdığını məmnunluqla qeyd edib. Dövlət başçısı eyni zamanda Azərbaycanda müdafiə sənayesinin inkişafi ilə bağlı ciddi addımların atıldığını vurğulayıb.
Haluk Görgün səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində olan şirkətlərlə Azərbaycan müdafiə sənayesi şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətlə bağlı anlaşma memorandumlarının imzalanması barədə dövlət başçısına məlumat verib.
Sonda Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
