Prezident İlham Əliyev Cənubi Qafqazda ciddi dəyişikliklərin olacağını bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik".
Bu fikirləri Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə mətbuata bəyanatında səsləndirib.
“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”, – deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev bildirib ki, xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir.
"Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bundan sonra Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq", – deyə o əlavə edib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
