Prezident İlham Əliyev Misir Senatının sədrini qəbul etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib.
Qonaq Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Abdel Vahab Abdel Razeq vurğulayıb ki, Misir Prezidenti dövlət başçısı ilə görüşlərini məmnunluqla xatırlayır.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Misir dövlətinin başçısına çatdırmağı xahiş edib.
Senatın sədri Azərbaycanla Misir arasında əlaqələrin tarixi və dostluq xarakteri daşıdığını deyərək ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiklərini qeyd edib.
Dövlət başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin Azərbaycana, özünün isə Misirə səfərini, bu səfərlər çərçivəsində Misir Prezidenti ilə görüşlərini və apardığı müzakirələri məmnunluqla xatırlayıb.
Görüşdə əlaqələrimizin inkişafında iki ölkənin qanunverici orqanlarının əməkdaşlığının və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin mühüm rola malik olduğu vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Misir arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
