Prezident İlham Əliyev sərəncam imzaladı | Detallar açıqlandı
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sənədə əsasən, Dövlət Neft Şirkəti səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Layihələrin səmərəli idarə olunmasını təmin etməlidir.
Cəmiyyətin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin nizamnamə kapitalının 2 faizini təşkil edən hissəsi üzərində mülkiyyət hüququ Mülki Məcəlləyə və “Qiymətli kağızlar bazarı haqqında” Qanuna uyğun olaraq, SOCAR-ın nizamnamə kapitalına ötürüləcək. İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
- Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir
- Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV
- Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV
