Prezident İlham Əliyev və Mehriban Əliyeva görülən işlərlə tanış olub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Prezident İlham Əliyevə Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələri barədə məlumat verilib.
Bildirilib ki, bu layihələr yekunlaşdıqdan sonra dəmir yolunun buraxılış qabiliyyəti illik 15 milyon ton nəzərdə tutulur. Horadiz-Yuxarı Mərcanlı-Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik hissə müvəqqəti istismara verilib və 2024-cü ilin mayından “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına yükdaşımalar həyata keçirilir. Bu günədək həmin istiqamət üzrə ümumilikdə 43 min ton yük daşınıb.
Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.
Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.
Əraziyə hazırda 7 kilometrlik rels və 7 min ədəd şpal daşınıb. Burada sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur.
Eyni zamanda Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda qeyd olunan dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
