Prezident Qarabağda bir sıra obyektlərin açılışında iştirak edib
Prezident İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub.
Daha sonra Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinə gələn ölkə başçısına burada görülən işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev həmçinin əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında da iştirak edib.
Səfər şərçivəsində dövlət başçısı eyni zamanda Xankəndi Konqres Mərkəzinin təməlini qoyub və əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılış tədbirinə qatılıb.
Qarabağda səfərini davam etdirən Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin, Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında olub.
Görülən işlərin nəticələri ilə tanış olan ölkə başçısı Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı, həmçinin Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak etdi - Baku TV
- Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ
- "Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV
- "Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV
- "Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV
