Prezident Qarabağda cəmi 5 il ərzində görülən yenidənqurma işlərini açıqladı - Baku TV
“Hazırda hökumətin əsas prioritetlərindən biri Şərqi Zəngəzur və Qarabağın yenidən qurulmasıdır”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışında bildirib.
Prezident qeyd edib ki, 30 ildən artıq işğal altında qalan ərazilər tamamilə dağıdılıb:
“Ağdamı “Qafqazın Xirosiması” adlandırırıq. Çünki şəhər tamamilə məhv edilmişdi. Bu dağıntılar bir günün deyil, 30 illik işğal dövründə aparılan sistemli dağıntı siyasətinin nəticəsi idi”.
Dövlət başçısı bildirib ki, hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər və kəndlərin baş planları hazırlanır, genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.
Prezidentin sözlərinə görə, son 5 ildə azad edilmiş ərazilərdə 70 kilometr uzunluğunda tunel tikilib, 500 körpüdən 435-i artıq istifadəyə verilib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV
- Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV
- Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV
- Beş mindən çox iş yeri hansı yeni sənaye istiqamətində açılacaq? - Baku TV
- Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV
