Prezident “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 19-da Prezident İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.
Söhbət zamanı dövlət başçısı ilə Cared Kohenin 2025-ci ilin yanvarında Davosda görüşü məmnunluqla xatırlanıb.
Ölkəmizlə “The Goldman Sachs Group Inc.” şirkəti arasında 2010-cu ildən səmərəli əməkdaşlığın qurulduğu qeyd edilərək, Azərbaycan Dövlət Neft Fondunun bu şirkətlə uğurlu tərəfdaşlığından məmnunluq bildirilib.
Görüşdə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlərin önəminə toxunulub və bu nəticələrin regionun hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığı vurğulanıb.
Söhbət zamanı ölkəmizlə şirkət arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyevin Qarabağa səfərindən görüntülər - Baku TV
- Qırğız lideri Cənubi Qafqazın davamlı sülh və sabitlik məkanına çevriləcəyinə inamını ifadə etdi
- Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilana səfərinə dair videoçarx paylaşılıb
- "Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq" | Prezident - Baku TV
- "Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm" | Kənd sakini - Baku TV
