Prezident : Trans-Xəzər bizim layihəmiz deyil
Yeniliklərdən dərhal xəbərdar olun
“Trans-Xəzər bizim layihəmiz deyil. Biz bu layihədə tranzit ölkəsi hesab olunuruq”.
Bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
“Dəfələrlə açıq bəyan etmişik ki, Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq. Lakin məndə olan məlumata görə, bu məsələnin indiyədək öz həllini tapmamasının səbəbi maliyyələşmənin mənbəyinin hələ də müəyyən olunmamasıdır. 30 milyard kubmetr həcmində olan boru kəmərinin tikintisinin yükünü kimin daşıması aydın deyil”, - deyə İ.Əliyev bildirıb.
Prezident əlavə edib ki, bu məsələdə iki sual yaranır: “Bu layihə üçün ödənişi kim edəcək və layihə Azərbaycana gəldikdən sonra buradan hara gedəcək?”.
#Almaniya teqi istifadə olunub
- Nümayişçilər Almaniya Kanslerinin istefasını tələb edirlər
- Almaniyanı etiraz dalğası bürüdü: Gərginlik pik həddə - Baku TV CANLI
- Pekin və Berlin beynəlxalq nizamın qorunmasında əməkdaşlıq mesajı veriblər
- Almaniya kəşfiyyatı sərt danışdı | Moskva Avropanı necə hədəf alır? - Baku TV
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
