Prezident Türkiyə Cümhuriyyətinin ildönümü ilə bağlı Ərdoğana məktub ünvanladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq”.
Bu fikirlər Prezident İlham Əliyevin Türkiyənin Respublika Günü münasibətilə həmkarı Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına ünvanladığı təbrik məktubunda yer alıb.
Azərbaycan Prezidenti bildirib ki, dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı, bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.
Qeyd edilib ki, Türkiyə Respublikası tarixinin ikinci yüzilliyinə siyasi, iqtisadi, hərbi və digər hər bir cəhətdən qüdrətli, qabaqcıl və sabit, beynəlxalq aləmdə yüksək nüfuz və etimad qazanıb, qlobal məsələlərdə söz sahibi olan güclü ölkə olaraq qədəm basıb.
“Bütün bu möhtəşəm nailiyyətlərin əldə olunması məhz sizin uzaqgörən və müdrik rəhbərliyiniz altında aparılan siyasət və gərgin əməyiniz nəticəsində mümkün olub”, – deyə Azərbaycan Prezidenti türkiyəli həmkarına ünvanladığı məktubda qeyd edib.
Dövlət başçısı inandığını bildirib ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcək.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
