Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.
Bununla əlaqədar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla anıb.
Sonra birinci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini dərin hörmətlə yad edib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlət başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstəsi qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
#Heydər Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV
- "Heydər Əliyev tapşırıq vermişdi ki..." | "Bir səfərin izi ilə - Gürcüstan" filmi - Baku TV
- "Haber Global" Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı süjet yayımladı - Baku TV
- Milli Qurtuluşun siyasi anatomiyası: xaosdan idarə olunan dövlətə keçid - AKTUAL GÜNDƏM
- Azərbaycanda iqtisadi dinamika | ABŞ-Azərbaycan tərəfdaşlığında yeni mərhələ - YENİ BİR SƏHƏR
