Pleyeri seçin:
Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub.
Dövlət başçısına görüləcək işlərlə bağlı məlumat verilib.
Bildirilib ki, mərkəzin binası dörd mərtəbədən və bir zirzəmi qatından ibarət olacaq. Buradakı hoteldə ümumilikdə 102 otaq inşa ediləcək. Otaqlardan 91-i standart, 4-ü suit, 4-ü isə “executive” qonaq otaqlarıdır. Digər 3 otaq isə sağlamlığı məhdud insanlar üçün nəzərdə tutulub.
Bundan başqa, mərkəzdə restoranlar, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.
Kopyalandı
#Xankəndi teqi istifadə olunub
- Xankədidə hüquq mövzusundamühüm görüş | Fikir mübadiləsi aparıldı - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
- 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə
