Prezidentdən Ermənistan vətəndaşlarına müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində jurnalistin Ermənistandakı ermənilərə mesajının nədən ibarət olacağı ilə bağlı sualını cavablandırıb.
Dövlət başçısı bununla bağlı deyib: “Əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Baxmayaraq ki, müharibədən əvvəl yüzminlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur”.
Prezident İlham Əliyev həmçinin Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququnun olduğunu diqqətə çatdırıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
