Prezidentdən mühüm mesaj: "Hamımız planetin təhlükəsiz, təmiz olmasını istəyirik, amma..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik”.
Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı deyib.
“Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Eyni zamanda biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, hesab edirəm ki, iş məhz belə aparılmalıdır”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
- Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - Baku TV
- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Xankəndidə rəsmi ziyafət verilib - Baku TV
- Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı - Baku TV
