Prezidentdən növbədənkənar parlament seçkiləri barədə sərəncam
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin təyin olunması barədə sərəncam imzalayıb.
Sənədə əsasən, Milli Məclisə seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər. Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib.
Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib. Daha sonra Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxıb.
Qərara əsasən elan edilib ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
