Prezidentdən yolların təmiri ilə bağlı sərəncam
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sənədə əsasən, Nizami rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 450 min manat Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolu da əsaslı təmir olunacaq.
Dövlət başçısının sərəncama əsasən, 22 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 1,5 milyon manat Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi Sərəncamlarda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
#Yol təmiri teqi istifadə olunub
- “Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV
- "Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV
- Süleyman Sani Axundov küçəsində xaotik vəziyyət - Baku TV
- Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
