Prezidentin xüsusi nümayəndəsindən Zəngəzur dəhlizi açıqlaması
Yeniliklərdən dərhal xəbərdar olun
"Zəngəzur dəhlizi məsələsi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər".
Bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov III Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxış edərkən deyib.
O bildirib ki, Zəngəzur dəhlizi layihəsi həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələrinin yaranmasına, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Həmçinin bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə Türkiyə, Rusiya və İranın maraqlarına da tam cavab verir.
"Bundan əlavə, Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə alternativ marşrut olaraq Çinin Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropaya çıxışını təmin edə bilər", – deyə Elçin Əmirbəyov bildirib.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi onu da əlavə edib ki, əgər rəsmi İrəvan Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olacaqsa, arzu edilən "yolayrıcının" regional dalana dirənməsi riski var.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
