Putin Ərdoğanla gizli razılaşıb? | Şübhəli məqamlar hansılardır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Suriyanı, hətta Bəşər Əsəd rejimini Türkiyənin nəzarətinə vermək məcburiyyətində qalıb. Belə bir iddianı səsləndirmək üçün yetəri qədər şübhəli məqamlar var”.
Bunu Baku TV-nin departament rəhbəri, jurnalist Turan İbrahimov Suriyada baş verən prosesləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə mediası bir müddət öncə gündəmi Suriya üzərindən qurmağa çalışırdı:
“Həm də Türkiyə və Rusiya bir-birinə ittihamlar səsləndirirdi ki, bu da onların arasında gərginlik olduğu təəssüratı yaradırdı. Sergey Lavrovun “Hürriyyət” qəzetinə verdiyi müsahibədəki fikirlər, Türkiyə tərəfinin Ukrayna üzərindən Rusiyanın maraqlarına uyğun olmayan açıqlamaları və s. Bütün bu proseslər fonunda oyandıq ki, Hələb məhz Türkiyənin dəstəklədiyi qruplaşma tərəfindən ələ keçirildi”, – deyə jurnalist əlavə edib.
Rusiyanın Suriyanı Türkiyənin nəzarətinə vermək məcburiyyətində qalmasına gəlincə, T.İbrahimov qeyd edib:
“Türkiyə Bəşər Əsədlə görüşüb razılığa gəlmək üçün proses başlatmışdı. Rusiya da bunda maraqlı idi. Görünən odur ki, Vladimir Putin Bəşər Əsədi razı sala bilmədi. Beləliklə, həm onun sözü yerə düşmüş oldu, həm də Rəcəb Tayyib Ərdoğanın uzatdığı əl havada qaldı. Bunun ardınca fikirlər yayılmağa başladı ki, Ukraynaya başı qarışan Rusiya razılıq verdi ki, Türkiyə Suriyadakı proseslərə nəzarət etsin”.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
