Qafqazda aranı ABŞ qarışdırır: Lavrov sülhməramlılardan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır”.
Bu fikirlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə – beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alıb.
Lavrovun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-sabitlik yaratmaqda davam edir. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır.
“Brüssel öz geosiyasi ambisiyalarını düşünərək, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaran “vasitəçilik xidmətlərini” Bakı və İrəvana sırıyır. Hazırkı dövrdə Azərbaycan və Ermənistan liderləri hər iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdiyi bir vaxtda dinc həyatın bərqərar olmasının və qarşılıqlı etimadı möhkəmləndirməyin zamanı çatıb. Rusiya sülhməramlı kontingenti bu prosesə hər cür töhfə verməyə hazırdır”, – deyə o qeyd edib.
Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qəbuledilməzdir.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
