Pleyeri seçin:

QAİ-dən dünyaya çağırış | Azərbaycan və Ermənistan arasında həll olunmayan məsələlər

17 mart 2025 396 baxış

Ermənistanın 1987-ci ildə Qafan rayonunda azərbaycanlılara qarşı törətdiyi zorakılıq ilə başlayaraq otuz ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan Respublikasına külli miqdarda ziyan vurulmuş və azərbaycanlılar böyük müsibətlərə düçar olmuşlar.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə münaqişə arxada qalmış və bölgədə qalıcı sülhün və ədalətin bərqərar olması üçün imkan yaranıb. Məhz Azərbaycan Respublikasının təşəbbüsü ilə iki dövlət arasında bu məsələlər üzrə siyasi proses başlayıb.

“Bu günlərdə xəbər verildiyi kimi, münasibətlərin qaydaya salınması üzrə çoxsaylı mövzuların bir qismini əhatə edən saziş layihəsi üzrə danışıqlarda Ermənistan Azərbaycanın açıq qalan iki maddə üzrə təkliflərini qəbul edib.

Lakin bu, kifayət deyil. Ermənistan tərəfi qalıcı sülhün və ədalətin bərqərar olunması üçün qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir. Bunların sırasına Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmaq, maneəsiz tranzit öhdəliyini yerinə yetirmək, Azərbaycana qarşı ərazi iddialarını öz Konstitusiyası və qanunlarından çıxarmaq daxildir.

Eyni zamanda ATƏT-in Minsk qrupunun ləğv olunması üçün müraciət göndərmək, Azərbaycan ərazilərini işğal etməsinə, ona külli miqdarda ziyan vurmasına və azərbaycanlılara qarşı zorakılıq törətməsinə görə məsuliyyətini etiraf etmək, təzminat ödəmək, öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etmək, hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymaq, silahlanma proqramını dayandırmaq və aldığı silahları geri qaytarmaq daxildir.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti öz üzərinə düşənləri yerinə yetirmək üçün Ermənistana təzyiq etməyə çağırır”, – deyə bəyanatda vurğulanır.

Banner
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 396 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 396 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 396 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 396 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 396 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 396 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 396 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 396 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 396 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 396 baxış
Seçilmişlər
icon