QAİ-dən irqçi mühakimə yürüdənlərə sərt cavab | Daxili işlərimizə müdaxilədən əl çəkmirlər
Yeniliklərdən dərhal xəbərdar olun
“İsveçrə Parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer almış şər-böhtan, hansısa “sülh forumunun çağırılması” kimi cəfəng çağırışlar ona səs verənlərin hər gün Zəngəzur dağlarından Azərbaycan tərəfə binoklla baxan təxribatçı siyasətçilər və diplomatlarla birlikdə hərəkət etdiyini göstərir”.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunur.
“Qətnaməni dəstəkləyən deputatların ermənilərin qayıdışının vacibliyini qabardaraq, biz Qərbi azərbaycanlılara münasibətdə Ermənistana çağırış etməməsi, etnik və dini təəssübkeşliyin girovuna çevrilməsi, 20-ci əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma hadisələrə istinad etmələri, Azərbaycana qarşı xüsusilə şanlı Vətən müharibəsindən sonra Qərbdə bəziləri tərəfindən aparılan “səlib yürüşü”nə qoşulmaları ikrah doğurur. Regiondan uzaqda yerləşən, məsələlərin mahiyyətini dərk etməyən, diletant, irqçi mühakimələr yürüdən dairələr Azərbaycanın suverenliyinə qəsddən, onun daxili işlərinə müdaxilədən və qondarma təşəbbüslərdən əl çəkməlidirlər”, – bəyanatda bildirilir.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
