Siyasət
Pleyeri seçin:

QAİ müraciət ünvanladı, BMT rəsmi sənəd kimi yaydı

01 noyabr 2023 4 baxış

“Qərbi Azərbaycan İcması”nın 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarı Folker Türkə göndərdiyi məktub BMT-nin rəsmi sənədləri kimi yayılıb.

Bu barədə İcmadan məlumat verilib.

Qeyd olunub ki, məktubda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim edilib.

Bu günlərdə həmin müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının gündəliyinin soyqırımının, etnik təmizləmənin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması, irqçiliyin və ksenofobiyanın aradan qaldırılmasına dair bəndləri altında həmin ali orqanların rəsmi sənədləri kimi yayılıb.

İcma xatırladıb ki, sənəddə BMT-nin insan hüquqları üzrə qurumları sözügedən insan hüquqları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma aparmağa, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına köməklik göstərməyə, etnik təmizləməni, mədəni-tarixi irsin məhv edilməsini həyata keçirənlərin, zorakılıq edənlərin və qovulmuş azərbaycanlıların geri qayıtmasına mane olanların məsuliyyətə cəlb olunması istiqamətində səylər göstərməyə çağırılır.

Müraciətin BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması BMT orqanlarının Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi ilə sistemli şəkildə məşğul olmaları üçün əsasları daha da gücləndirib.

İcma Qayıdış Konsepsiyasına uyğun olaraq sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdış hüququnun təmin edilməsi məqsədilə beynəlxalq səylərini davam etdirəcək.

Ermənistanın İran və Rusiya ilə arasında geri dönülməz hadisə baş verəcək?

Ermənistanın İran və Rusiya ilə arasında geri dönülməz hadisə baş verəcək?

Siyasət
15 yanvar 2025 4 baxış
Xarici müdaxilə qəbuledilməzdir | Ayxan Hacızadədən ABŞ səfirliyinə reaksiya

Xarici müdaxilə qəbuledilməzdir | Ayxan Hacızadədən ABŞ səfirliyinə reaksiya

Siyasət
15 yanvar 2025 4 baxış
Ukraynada son durum | Lavrov təyyarə qəzasından danışdı | Peskovdan İrəvana reaksiya - SALAM BAKU

Ukraynada son durum | Lavrov təyyarə qəzasından danışdı | Peskovdan İrəvana reaksiya - SALAM BAKU

Siyasət
15 yanvar 2025 4 baxış
Qərbə meyillənən Ermənistana Rusiya hansı cavabı verəcək?

Qərbə meyillənən Ermənistana Rusiya hansı cavabı verəcək?

Siyasət
15 yanvar 2025 4 baxış
ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişi imzalandı

ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişi imzalandı

Siyasət
15 yanvar 2025 4 baxış
Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Siyasət
14 yanvar 2025 4 baxış
KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

Siyasət
14 yanvar 2025 4 baxış
Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Siyasət
14 yanvar 2025 4 baxış
Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Siyasət
14 yanvar 2025 4 baxış
Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Siyasət
14 yanvar 2025 4 baxış
Seçilmişlər
icon