Qalmaqallı məqalə | 2024-cü ildə baş verəcək siyasi dəyişikliklər
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın nüfuzlu “Ekonomist” nəşri 2024-cü ildə dünyada baş verəcək dəyişikliklər, siyasi yeniliklər və təhlükə ehtimalları ilə bağlı məqalə dərc edib.
Nəşr 2023-cü ildə Cənubi Qafqazda yaşananlardan sonra proseslərin gedişatının daha ciddi yön alacağını yazıb.
Məqalədə bildirilir ki, Qarabağda keçirilən antiterror əməliyyatları və qondarma rejimin süqutu mühüm proseslərin bir epizodu idi:
“Bu proseslər növbəti il də davam edəcək. 2020-ci ildə Rusiya Qarabağın qaytarılmasına mane olmadı, ardınca öz təsirini saxlamaq üçün bölgəyə sülhməramlılarını göndərdi. Ukrayna ilə müharibə fonunda Vladimir Putin Azərbaycan və Türkiyə ilə əməkdaşlığı yoxsul Ermənistandan üstün tutdu.
Moskva Ermənistanda rejim dəyişikliyinin olmasına ümid bəsləyir. Eyni zamanda Ermənistandan keçməsi nəzərdə tutulan dəhlizə nəzarət etmək istəyir”.
Nəşr yazır ki, Azərbaycan və Türkiyə regionda kartları ələ alıb və Rusiyaya güzəştə getməyəcək:
“Bakı və Ankara Qərbin yanında yer almaq istəmir. Onlar Cənubi Qafqazda öz güc bazalarını yaratmağı planlaşdırırlar. Ukraynada davam edən müharibə nəticəsində Türkiyə kimi bir neçə dövlət postsovet məkanında yüksəlişə keçdi, Kremlin təsir dairəsi isə zəifləməyə başladı”.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
