Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesi
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşların Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrinə reinteqrasiya prosesi barədə xanım nazirə məlumat verdim”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadija Labib ilə brifinqi zamanı deyib.
“Eyni zamanda Azərbaycan tərəfindən atılan konkret addımlar, xüsusi nümayəndənin təyin edilməsi, həmin nümayəndənin Qarabağ İqtisadi Regionuna gedərək görüş keçirməsi, həmçinin bu tip ikinci görüşün Azərbaycanın digər bir şəhərində keçirilməsi təklifinin dəfələrlə edilməsi də diqqətə çatdırılıb”, – nazir qeyd edib.
Azərbaycan XİN rəhbəri daha sonra əlavə edib: “Hesab edirəm ki, sadaladığım proseslərə Ermənistan tərəfi maneçilik törətməməlidir. Bu cür maneçilikləri kifayət qədər aqressiv ritorikada görürük”.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
