Qarabağ həqiqətlərinə susmayan rusiyalı blogerə Ermənistandan şok qadağa
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan rusiyalı dizayner və bloqçu Artemi Lebedevin ölkəyə girişini rəsmən qadağan edib.
Məşhur dizaynerin adı son illər regionda siyasi mübahisələrin mərkəzinə düşmüş şəxs kimi tanınır.
A.Lebedev postsovet məkanının ən məşhur və qalmaqallı video səyyahlarından biridir.
Onun sərt, filtrsiz danışıq tərzi və siyasi mövzulara açıq müdaxiləsi tez-tez mübahisələrə səbəb olur.
A.Lebedev Qarabağ mövzusu ilə bağlı dəfələrlə Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyib, Ermənistanı kəskin tənqid edib.
Onun Bakıya və regionlara etdiyi səfərlərlə bağlı hazırladığı videobloqlar milyonlarla baxış toplayıb və geniş auditoriyada böyük rezonans doğurub.
Ermənistan ictimaiyyəti uzun müddətdir A.Lebedevin ölkəyə gəlişini “təxribat”, “hörmətsizlik” və “təhlükə” kimi qiymətləndirirdi.
Ermənistan hökuməti son illər mövqeyini tənqid edən və ya onun siyasəti ilə zidd mövqe sərgiləyən bir sıra xarici jurnalist və bloqçulara oxşar qadağalar tətbiq edib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
