Pleyeri seçin:

Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb | Hikmət Hacıyev

05 yanvar 2024 92 baxış

“Biz sülh sazişinin imzalanması üçün tarixi şansın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur”.

Bunu Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, son vaxtlar hər iki ölkə müsbət gündəmi ilə dünyanı təəccübləndirməyi bacarıb.

“Mən Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının dekabrın 7-də yaydığı mühüm birgə açıqlamaya istinad edirəm. Bunun nəticəsində mübadilə sazişi çərçivəsində 34 hərbçi qarşılıqlı şəkildə azad edilib.

Bundan başqa, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib. Bu, Azərbaycanın və Ermənistanın vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlar aparmağa qadir olduğunu göstərir”, – Hikmət Hacıyev vurğulayıb.

Dövlət rəsmisi jurnalistin süh sazişinin real nə vaxt imzalanacağına dair sualına cavabında Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsinin gündəmdən tamamilə çıxarıldığını söyləyib.

“Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir.

Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var”, – deyə Hikmət Hacıyev əlavə edib.

Prezidentin köməkçisi həmçinin, hər hansı vaxt qrafik müəyyənləşdirib məhdud zaman çərçivəsində işləmənin düzgün olduğunu söyləyib.

Banner
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 92 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 92 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 92 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 92 baxış
Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Siyasət
27 oktyabr 2026 92 baxış
Seçilmişlər
icon