Qarabağa qanunsuz səfər edən əcnəbi jurnalistlər üzr istədi
Xarici İşlər Nazirliyi (XİN), Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin "qara siyahı"dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Bəyanat mətnini XİN-də keçirilən brifinqdə Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə oxuyub.
Bəyanatda 58 nəfərin adının "qara siyahı"dan çıxarıldığı bildirilir: “Məhz “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Respublikasında milli mətbuatın yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər edən 58 xarici media nümayəndəsinin adının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edib. Beləliklə, adları dərc olunan şəxslərin Azərbaycan ərazisinə daxil olmasına qoyulan qadağa aradan qaldırılıb”.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
