Qarabağda antiterror əməliyyatı yenidən gündəmdə
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 28-i axşam saatları, 29-u 19:00-dan 30-u 03:55-dək, iyunun 1-i 09:10 və 10:00 radələrində, 2-si 12:25 və 18:00 radələrində, həmçinin 20:40-dan iyunun 3-ü 00:30-dək, iyunun 4-ü 04:20-dən 13:55-dək. Bu tarixlər son 1 həftə ərzində həm Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstəsi, həm də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ordumuzun mövqelərinin atəşə tutulmasından, fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərməsindən və kəşfiyyat xarakterli uçuşlar aparmasından bəhs edir.
Bütün bu faktlar həm sülhməramlıların fəaliyyətsizliyi və himayəsi fonunda separatçıların təxribatlar hazırlamasından, həm də Ermənistan hərbi-siyasi rəhbərliyinin hələ də qeyri-konstruktiv mövqeyini davam etdirməsindən xəbər verir. Bu isə Ordumuzun növbəti dəfə antiterror əməliyyatı həyata keçirməsini yenidən gündəmə gətirir.
Təbii ki, sülhə təhdid yaradanların himayə edilməsi təxribatlara rəvac verən əsas amillərdəndir. Baş verənlərə sülhməramlıların göz yumması, hətta onların müşayəti altında separatçıların Xankəndi-Xəlfəli-Qaybalı yolu ilə “döyüş mövqeləri”nə növbəti dəfə hərbi yüklərin daşınması təxribatların məqsədyönlü olduğunu sübut edir. Bu isə sülhməramlıların da, Ermənistanın da üzərlərinə götürdükləri missiyanı yerinə yetirmədiyini bir daha ortaya qoyur.
Bir sözlə, sadalanan faktlar terrorçuların təxribatlardan əl çəkmədiyini, əksinə, yeni məkrli planlar hazırladıqlarını nümayiş etdirir. Bunun bütün məsuliyyəti isə, təbii ki, həm kriminal ünsürlərə qol-qanad açan Rusiya sülhməramlılarının, həm də Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
