Qarabağdakı Rusiya sülhməramlıları barədə məlumat niyə verilmir?
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü il dekabrın 7-dən Rusiya Müdafiə Nazirliyinin rəsmi səhifəsində sülhməramlıların fəaliyyəti ilə bağlı heç bir xəbər gözə dəymir.
Nə Azərbaycanın Qarabağ iqtisadi zonasındakı mövcudluğu, nə də onların həmin ərazidəki varlığını əks etdirən yeni bir xəbərə rast gəlmək olur. Səhifədə sülhməramlıların fəaliyyəti barədə bülleten belə yanvar ayından yenilənmir.
Sonuncu bülletendə bildirilir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Rusiya sülhməramlı kontingentinin 18 müşahidə məntəqəsində tapşırıqların icrası davam etdirilir. Mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət zamanı rəsmi Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
