Pleyeri seçin:

Qazaxıstan Aktaudakı təyyarə qəzası barədə araşdırmanın nəticəsini açıqladı - Baku TV

26 dekabr 2025 598 baxış

Qazaxıstan Nəqliyyat Nazirliyi Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması çərçivəsində aparılan araşdırma ilə bağlı aralıq məlumatını açıqlayıb.

Məlumata görə, araşdırma Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə aparılır.

Aralıq məlumata, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və Beynəlxalq Mülki Aviasiya Təşkilatı ekspertlərinin ümumi rəyinə əsasən, təyyarə idarəetməni hər hansı texniki nasazlıq səbəbindən deyil, xarici müdaxilə nəticəsində itirərək qəzaya uğrayıb. Bu da təyyarənin vurulduğunu bir daha təsdiq edib.

Qeyd olunur ki, aparılan ekspertiza nəticələrinə əsasən, təyyarənin göyərtəsində partlayıcı maddə izləri aşkar edilməyib. Tədqiqat üçün təqdim edilmiş üç oksigen balonunda isə partlayış izləri yoxdur.

Aralıq rəyə əsasən, hava gəmisini zədələmiş kənar metal obyektlər silah sisteminə aid döyüş başlığının hissəcikləridir. Hidravlik sistem №2-nin boru hissəsinin trasoloji ekspertizası da xarici müdaxiləni göstərir. Araşdırma nəticəsində borunun mexanizminin bərk əşyalarla təmas nəticəsində zədələndiyi müəyyən edilib.

Məlumat üçün bildirək ki, növbəti mərhələdə Qazaxıstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini əks etdirən yekun hesabatın mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq məlumatdan fərqli olaraq yekun hesabat daha ətraflı olmalı, işin araşdırılması ilə bağlı aşkar edilmiş bütün faktiki məlumatları, qəzanın səbəblərinin təhlilini və gələcəkdə bu cür qəzaların qarşısının alınması üçün tövsiyələri əks etdirməlidir.

Göründüyü kimi, Qazaxıstan tərəfinin yaydığı hesabatdan, Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və Beynəlxalq Mülki Aviasiya Təşkilatı ekspertlərinin ümumi rəyindən də aydın olur ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Banner
Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV

Siyasət
05 noyabr 2026 598 baxış
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 598 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 598 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 598 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 598 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 598 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 598 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 598 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 598 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 598 baxış
Seçilmişlər
icon