Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edəcək.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildirilib.
O, səfər çərçivəsində Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq, həmçinin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcək.
Kasım-Jomart Tokayev səfər öncəsi yerli medianın suallarını da cavablandırıb. O, Qazaxıstanla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli işlərin həyata keçirildiyini vurğulayıb.
Kasım-Jomart Tokayev həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında Qazaxıstanın maraqlı olduğunu, eləcə də regionun infrastrukturunun bərpasının təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcəyini bildirib.
O, Qazaxıstan şirkətlərinin Qarabağın dirçəldilməsi prosesində fəal iştirakından danışaraq budəfəki səfər çərçivəsində Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin rəsmi açılışının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
O, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun transkontinental ticarətin təşviqində və inkişafında rolundan bəhs edərək gələcəkdə bu marşrut üzrə yükdaşımaların həcminin 10 milyon tona çatacağını bildirib.
Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada önəmli aktora çevrildiyini də vurğulayıb və bildirib ki, təşkilat çərçivəsində üzv ölkələrin ticarət dövriyyəsi 42,3 milyard dollara çatıb. Onun sözlərinə görə, türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollara yaxındır.
#Kasım-Jomart Tokayev teqi istifadə olunub
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- Paşinyan və Japarov arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV CANLI
- Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV
- Tokayevin Ukrayna müharibəsi ilə bağlı təklifinə Kreml necə münasibət bildirdi? - Baku TV CANLI
- Azərbaycan və Qazaxıstan prezidentləri hansı məsələləri müzakirə etdilər? - Baku TV
