Pleyeri seçin:

Qərb Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır

23 noyabr 2023 92 baxış

“Fransa dünyanın digər yerlərində bərbad olan siyasi reputasiyasını Cənubi Qafqazda dirçəltməyə çalışır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

Zaxarova jurnalistin “Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Cənubi Qafqazda müharibə üçün zəmin hazırladığını bəyan edib. Moskva belə bir risk görür?” sualına cavab olaraq deyib:

“Fransanın hərəkətlərinə Bakının sərt qiymət verməsi bizi heç də təəccübləndirmir. Düşünürəm ki, Bakıda və bir sıra digər yerlərdə Cənubi Qafqazda siyasi reputasiyasını bərpa etməyə uğursuz cəhdlər edən Parisin müdaxiləsindən beziblər. Halbuki Fransanın reputasiyası dünyanın digər yerlərində və qitələrində olduqca bərbad vəziyyətdədir.

Cənubi Qafqazda təxribat riskləri qalmaqdadır. Bu baxımdan, Rusiya Cənubi Qafqazın bütün region dövlətləri, qonşu ölkələrin maraqlarına əsaslanan sabitlik və firavanlıq zonasına çevrilməsi istiqamətində davamlı olaraq çalışır. Bu məntiqlə biz Cənubi Qafqaz üzrə “3+3” regional məsləhətçi platforması çərçivəsində qarşılıqlı əlaqələr qururuq, ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər əsasında Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşdırılması üzərində işləyirik”.

“Biz dəfələrlə demişik ki, Qərb vasitəçilərinin, o cümlədən Fransanın məqsədləri tamam başqadır, onlar Cənubi Qafqazı növbəti geosiyasi qarşıdurma məkanına çevirməyə çalışırlar. Həmin dövlətlər region ölkələrinin köklü maraqlarına məhəl qoymurlar və regionda təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunması üçün heç bir iş görmürlər”, – deyə Zaxarova əlavə edib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 92 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 92 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 92 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 92 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 92 baxış
Seçilmişlər
icon