Qərb ölkələri COP29-la bağlı nəyə çalışırdı? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakıda keçirilən COP29-da inkişaf etmiş ölkələr iqlim məqsədlərini maliyyələşdirmək üçün inkişaf etməkdə olan ölkələr qarşısında hər hansı bir məsuliyyətin təsdiq edilməməsi üçün çalışırdılar”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Baku TV-nin müvafiq sualını cavablandırarkən deyib.
“Qərbin üsullarından biri də Qlobal Cənubun böyük ölkələri, keçmişdə özləri müstəmləkəçilikdən əziyyət çəkmiş ölkələrin hesabına donorlar dairəsini genişləndirmək cəhdi olub. Burada söhbət neokolonializmdən gedir, onunla razılaşmırıq və mübarizə aparacağıq”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Qeyd edək ki, daha əvvəl COP29 çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok bir sıra təxribat xarakterli bəyanatlar vermiş, o cümlədən Avropa İttifaqının iqlim maliyyələşdirməsi üçün maliyyə məsuliyyətini danışıqların digər iştirakçılarına ötürməyi təklif etmişdi.
“Hesab edirəm ki, bu məsələdə 360 dərəcə dönüşün lazım olduğu barədə açıqlama verilməməsi ilə azərbaycanlı həmkarlarımızın bəxti gətirib. Bax bu, əsl nömrə olardı. Hamı düşünərdi ki, görək, bunu necə edirik. Yaxşı ki o, özünü başqa bir axmaq açıqlamadan saxlaya bilib”, – deyə Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Annalena Berbokun dediklərini şərh edib.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
