Qərbi Azərbaycan İcması Aİ-ni sərt tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 14-də Avropa İttifaqının Ermənistandakı missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanla şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanatına reaksiya kimi olaraq tələm-tələsik, hətta az qala Ermənistan XİN-i qabaqlayan açıqlama verib.
Qərbi Azərbaycan İcmasından bildirilib ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüzminlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını “görməyənlər” indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülüblər və konkret olaraq Aİ missiyası Ermənistanın ruporuna çevrilib.
Qərbi Azərbaycan İcması vurğulayıb ki, Aİ missiyasının patrul apardığı, tez-tez binoklla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəriyyəti deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır:
“Avropa İttifaqının İcmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirməsini göstərir”.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
