Pleyeri seçin:

Qərbi Azərbaycan İcması bəyanat yaydı

15 aprel 2023 109 baxış

"Ermənistanda Azərbaycan əsgərinə işgəncə verilməsi görüntülərinin yayılmasından cəmi bir gün sonra bu ölkədə Azərbaycana qarşı növbəti nifrət aktı törədilib”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanatında yer alıb. İcmanın sözçüsü Ülviyyə Zülfiqar qeyd edib ki, polis tərəfindən azad edilən həmin şəxs bu ölkənin parlament üzvləri də daxil olmaqla çoxsaylı kütlə tərəfindən qəhrəman kimi qarşılanıb. Bütün bunlar Ermənistanda Azərbaycana qarşı dövlət tərəfindən dəstəklənən və sistemli şəkildə aparılan etnik nifrət siyasətinin və Azərbaycanofobiyanın göstəriciləridir.

İcmadan həmçinin bildirilib ki, Ermənistanın törətmiş olduğu insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə beynəlxalq aləmin lazımınca reaksiya göstərməməsi bu ölkədə irqi ayrı-seçkilik siyasətinin və cəmiyyətdə ksenofobiya meyillərinin daha da güclənməsinə şərait yaradır.

“İcma Azərbaycan bayrağına qarşı törədilən cinayəti kəskin şəkildə qınayır və Ermənistan hökumətindən azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dərhal dayandırmağı, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi və onları şöhrətləndirməyə dərhal son verməyi tələb edir”, – deyə o vurğulayıb.

Bəyanatda qeyd olunub ki, bütün bunlar Ermənistana qayıtmağımız üçün müvafiq verifikasiya, hüquqi və təhlükəsizlik zəmanət mexanizmini ehtiva edən razılaşmaların zəruriliyini bir daha vurğulayır.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 109 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 109 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 109 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 109 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 109 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 109 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 109 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 109 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 109 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 109 baxış
Seçilmişlər
icon