Qərbi Azərbaycan İcmasından beynəlxalq təşkilatlara müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətə müraciət ünvanlayaraq onları Ermənistana maksimum təzyiq göstərməyə çağırıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib. Müraciətdə deyilir:
“Biz Qərbi Azərbaycan İcması olaraq Ermənistan hökumətinin bu ölkədən qovduğu azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşanmaz hala gətirməyə yönəlmiş məqsədyönlü və mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağa və Ermənistana maksimum təzyiq göstərməyə çağırırıq.
Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı və Qafandakı mədən kombinatı tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədən tullantıları buraxır. Bu çirklənmə Azərbaycana doğru axan Oxçuçay və Araz çaylarına birbaşa təsir edərək bölgədəki icmaların sağlamlığını və rifahını təhlükə altına qoyur.
Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur münasibəti onun azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almaq və etnik təmizləmə siyasətini davam etdirmək üçün hüquqi və mənəvi baxımından nə dərəcə aşağı səviyyəyə düşməyə hazır olduğunu üzə çıxarır.
Biz beynəlxalq ictimaiyyəti Ermənistanın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxah əməllərinə qarşı qətiyyətli addımlar atmağa çağırırıq. Bu mədənlər və zavodların azərbaycanlıların zorla qovulduğu ərazilərdə qəsdən cəmləşdirildiyini vurğulamaq zəruridir. Bu, Ermənistanın etnik təmizləmə siyasətini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir.
Ekoloji tarazlığın bərpası və insan hüquqlarının müdafiəsi çox təcili şəkildə təmin olunmalıdır. Beynəlxalq ictimaiyyət məsul maraqlı tərəflərlə birlikdə azərbaycanlı qaçqınların çirklənmə və dağıntıların doğurduğu təhdidlərdən azad şəkildə öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək üçün birlikdə çalışmalıdır. Bu kobud pozuntuları aradan qaldırmaqla biz Ermənistanın zərərli praktikasının təsirinə məruz qalmış bütün insanların hüquqlarının və rifahının təmin olunduğu davamlı və inklüziv gələcəyə təkan verə bilərik”.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
