Qərbi Azərbaycan İcmasından bir qrup ABŞ senatorlarına cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcması ABŞ konqresmen və senatorlarının böhtan mahiyyətli məktubuna cavab verib.
Bununla bağlı İcmanın bəyanatında deyilir:
“Bir qrup amerikalı konqresmen və senator ənənələrinə sadiq qalaraq Azərbaycanla bağlı növbəti böhtan mahiyyətli məktubla çıxış edib.
Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə məktubun ən absurd tərəfi ondan ibarətdir ki, konqresmenlər və senatorlar işğal altında qalan 8 Azərbaycan kəndini “erməni kəndi” kimi qələmə veriblər.
Ermənistanın özünün rəsmi səviyyədə səkkiz kəndin Azərbaycana məxsus olması barədə mövqeyindən sonra konqresmenlər və senatorların belə açıqlaması istehza doğurur. Amerikalı konqresmenlər və senatorların zavallı durumuna acıyırıq.
Bunu konqresmenlərin və senatorların savadsızlığının, yalançı “Amerikan müstəsnalığı”na əsaslanan təkəbbürünün, azərbaycanofobiya və islamofobiya mərəzinə tutulmasının bariz nümunəsi kimi dəyərləndiririk.
Dünən Azərbaycan və Ermənistan arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma onu göstərir ki, Cənubi Qafqazın amerikalı konqresmenlər və senatorların savadsız məktublarına heç bir ehtiyacı yoxdur və onlar bölgəyə lüzumsuz geosiyasi rəqabətin gətirilməsi siyasətindən əl çəkməlidirlər”.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
