Qərbi Azərbaycan İcmasından Ermənistana tələb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər bu günlərdə verdikləri bəyanatlarında Azərbaycanda yaşayan ermənilərin hüquqları məsələsi ilə bağlı spekulyasiya edərək ölkəsinin aqressiv və riyakar siyasətini nümayiş etdirməkdə davam edirlər.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
“Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmaq hüququnu təmin etməkdən nümayişkaranə şəkildə imtina etməsi azmış kimi, Azərbaycanda yaşayan ermənilərin hüquqlarının qorunması bəhanəsi altında Azərbaycanın ərazi bütövlüyünə zidd olan və dövlətlərin daxil işlərinə qarışmaq prinsipini pozan yanaşma sərgiləyir. Ermənistan rəsmiləri Azərbaycanda yaşayan ermənilərlə bağlı hansısa beynəlxalq mexanizm yaradılması kimi sərsəm ideyalarını səsləndirməkdə davam edirlər”, – deyə qeyd edilib.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətdən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı tələb edib.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
