Pleyeri seçin:

Qərbi Azərbaycan İcmasından Meşəli faciəsi ilə bağlı çağırış

31 iyul 2023 87 baxış

“Qərbi Azərbaycan İcması 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərdə iştirakına görə onilliklər ərzində Azərbaycanın beynəlxalq axtarış siyahısında olan Vaqif Xaçatryanın çoxdan gözlənilən həbsinin nəhayət baş tutmasını alqışlayır”.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir. Qurumun məlumatında bildirilib ki, Azərbaycan hüquq-mühafizə orqanlarının bu uğuru Meşəli qətliamından sağ çıxanların qəlbinə böyük təsəllidir.

“Biz ümid edirik ki, Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirakda ittiham olunan şəxslərin hamısı tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaq. Hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə iştirak etmiş və hazırda Ermənistanın yurisdiksiyası və nəzarəti altında olan şəxsləri bu ölkənin mühakimə etməkdən ardıcıl şəkildə imtina etməsi ciddi narahatlıq doğurur. Üstəlik, bu yaxınlarda Ermənistan hökumətinin həbs edilmiş şəxsə birmənalı dəstək verən bəyanat yayması Ermənistanın bu cür mənfur cinayətkarlara himayədarlıq etdiyini sübuta yetirir. Ermənistanın belə davranışı beynəlxalq qınaq tələb edir.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə dəvət etməyə və bu ölkəni hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə, o cümlədən bir milyona yaxın azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən zorla çıxarılması, 20 000-dən çox mülki azərbaycanlının qətlə yetirilməsi, yüzlərlə Azərbaycan yaşayış məntəqəsinin viran edilməsi, Azərbaycan torpaqlarının minalarla çirkləndirilməsində iştirak edən və Ermənistanın yurisdiksiyası və nəzarəti altında olan şəxslərin cinayət təqibini həyata keçirməklə bağlı öhdəliyini yerinə yetirməyə məcbur etməyə çağırır.

Daim ədalət axtarışında olan Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müdafiə etmək öhdəliyinə sadiq qalmaqla qəti şəkildə inanır ki, regionda davamlı sülh və barışıq yalnız haqq-ədalətin öz yerini tapdığı halda bərqərar ola bilər”, – deyə məlumatda qeyd edilib. 

Banner
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 87 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 87 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 87 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 87 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 87 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 87 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 87 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 87 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 87 baxış
Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Siyasət
27 oktyabr 2026 87 baxış
Seçilmişlər
icon