Pleyeri seçin:

Qərbi Azərbaycan İcmasından vacib bəyanat

20 iyun 2023 205 baxış

“Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir. Əsas hüquqların bu cür pozulması bizim məşəqqətlərimizi davam etdirir və davamlı sülh və barışıq perspektivlərinə mane olur”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanatında yer alıb.

“Ermənistanın hərəkətləri Ermənistandakı azərbaycanlıların öz ata-baba yurdlarından etnik təmizlənməsi ilə nəticələnib. Cəzasızlıqdan istifadə edən Ermənistan daha sonra Azərbaycana qarşı güc tətbiq edərək bu ölkənin ərazilərini işğal edib və oranın azərbaycanlı sakinlərini qovub. Ermənistanda vaxtilə əhəmiyyətli saya malik olan azərbaycanlıların oradan qovulması dövlət orqanlarının zorakılıq tətbiq etmək, kütləvi qırğınlar törətmək, insanlığa qarşı digər cinayətlər və insan hüquqlarının pozulması kimi sistemli səyləri ilə xarakterizə olunan uzun və ağrılı proses olub”, – deyə qeyd edilib.

Bəyanatda həmçinin qərbi azərbaycanlıların haqlı məramına göstərdiyi sarsılmaz siyasi, sosial və humanitar dəstəyə görə Azərbaycan Hökumətinə minnətdarlıq ifadə olunub. Bildirilib ki, Azərbaycanın qaçqınlarla həmrəyliyi və onlara yardımı təkcə etnik azərbaycanlılarla məhdudlaşmayıb. Azərbaycan müxtəlif etnik mənsubiyyətlərdən olan və ölkədə sığınacaq tapmış onminlərlə qaçqına da yardım edib. Bu, Azərbaycan cəmiyyətində dərin kök salmış etnik və dini tolerantlığın nümunəsidir.

Bəyanat müəllifləri həmçinin qeyd ediblər ki, davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də Qərbi Azərbaycan İcmasının barışıq çağırışlarına cavab verməyib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 205 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 205 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 205 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 205 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 205 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 205 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 205 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 205 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 205 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 205 baxış
Seçilmişlər
icon